Bu gün
Ukrayna Rusiyanın neft və qaz obyektlərinə zərbələr endirib

Ukraynanın uzun mənzilli PUA-ları Rusiyanın Temryuk limanındakı (Krasnodar diyarı) neft saxlama çənlərinə və Orenburqdakı qaz emalı zavoduna zərbələr endirib.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nümayəndəsi məlumat verib.
"Ukrayna Ordusu Rusiyanın neft və qaz sektoru obyektlərinə sistematik şəkildə zərbələr endirməyə davam edir. Bu zərbələrin hər biri Rusiya büdcəsinə zərər verir, valyuta gəlirlərini azaldır və ordu üçün logistika və yanacaq təchizatını çətinləşdirir", - deyə nümayəndə bildirib.