Bu gün

"Azərbaycan təyyarəsinin vurulmasına görə Rusiya günahkarları cəzalandırmalıdır" - RƏY

Rusiya 2024-cü il dekabrın 25-də Qroznı səmasında vurulmuş Azərbaycan təyyarəsi ilə bağlı istintaqı sona çatdırmalıdır.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, “Azərbaycan və Qafqazda erməni məsələsi” monoqrafiyasının müəllifi Rizvan Hüseynov deyib.

Onun  sözlərinə görə, məsələ təkcə aviaşirkətə və ya həlak olanların ailələrinə kompensasiya ödənilməsi ilə bitməməlidir:

“Bu terror aktını törədən günahkarlar mütləq şəkildə cəzalandırılmalıdır. Lakin Kremlin daxilində müxtəlif güc mərkəzlərinin mövcudluğu vahid qərarın qəbuluna mane olur. Kreml hakimiyyəti daxilində fərqli qruplaşmalar var və onların arasında Azərbaycan təyyarəsinin vurulması barədə əmr verən, yəni birbaşa məsuliyyət daşıyan ‘güc bloku’ da mövcuddur. Məhz buna görə nə Vladimir Putin, nə də digər şəxslər Kreml daxilində kollektiv konsensus əldə edə bilirlər ki, yüksək vəzifəli günahkarlar cəzalandırılsın.”

Tarixçi eyni zamanda əminliyini ifadə edib ki, Rusiya gec-tez Azərbaycan təyyarəsinin qəsdən vurulduğunu etiraf etməyə məcbur qalacaq.

R. Hüseynov söyləyib ki, bu hadisəyə görə məsul şəxslər cəzalandırılmayana qədər Azərbaycan–Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıtmayacaq:

“Bəli, qarşılıqlı maraqlara cavab verən iqtisadi, nəqliyyat və tranzit layihələri həyata keçirilə bilər. Lakin Bakı ilə Moskva arasında artıq etibarlı münasibətlər olmayacaq.”

Mərkəz direktoru qeyd edib ki, əgər Rusiya rəhbərliyində bu məsələni səmimi şəkildə həll etmək istəyi olsaydı, bunun üçün kifayət qədər vaxt mövcud idi:

“Ən dəyərli addım o olardı ki, Moskva faciədən dərhal sonra Bakının qarşısında tövbə edib üzr istəsin. Lakin bu baş vermədi. Bu, Rusiyanın daxili siyasət seçimidir, amma nəticə etibarilə Moskva Cənubi Qafqazda ciddi geosiyasi itkilərlə üzləşəcək”.

Rasim Babayev 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?