Bu gün
Azərbaycan və Türkiyə Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.
Təhlil.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Sənədə əsasən, 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” təsdiq edilib.