24 dekabr

“Roskosmos” 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi planlaşdırır

“Roskosmos” Dövlət Korporasiyası 2036-cı ilə qədər Ayda elektrik stansiyasının yaradılması üzrə işlərə dair müqavilə imzalayıb. Təhlil.az Rusiya mətbuatına istinadla xəbər verir ki, müqavilə həmçinin kosmik gəmilərin dizaynı və tikintisini, uçuş sınaqlarını və Ayda infrastrukturun yerləşdirilməsini əhatə edir.

“Roskosmos”un mətbuat xidməti bildirib ki, "Layihə daimi fəaliyyət göstərən Ay elmi stansiyasının yaradılması və birdəfəlik missiyalardan uzunmüddətli Ay tədqiqat proqramına keçid istiqamətində mühüm addımdır".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?