Liviya Baş Qərargah rəisini daşıyan təyyarədəki səkkiz sərnişinin hamısı həlak olub

Türkiyə hakimiyyəti Liviya Baş Qərargah rəisini daşıyan təyyarədəki səkkiz sərnişinin hamısının həlak olduğunu açıqlayıb.
Təhlil.az xəbər verir ki, uçuş məlumatlarının qeydə alındığı yer və qara qutu tapılıb. Bundan əlavə, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 22 nəfərlik Liviya nümayəndə heyətinin birgə araşdırma aparmaq üçün Ankaraya gəldiyini elan edib.
Qeyd edək ki, dekabrın 23-də Baş Qərargah rəisi əl-Həddadın rəhbərlik etdiyi Liviya nümayəndə heyətini daşıyan şəxsi təyyarə Ankara hava limanından yola düşdükdən sonra radarlardan itib. Daha sonra Yerlikaya təyyarə qalıqlarının tapıldığını elan edib və Liviya mediası qəzada yüksək vəzifəli Liviya hərbi rəsmilərinin həlak olduğunu bildirib, bu iddianı Baş nazir Dbeyba da təsdiqləyib.
Dekabrın 24-də Liviya Milli Razılıq Hökuməti faciə ilə əlaqədar üç günlük matəm elan edib.