Bu gün

Acqarına ilıq su içməyin faydaları

Mütəxəssislərin fikrincə, səhər acqarına ilıq su içmək həzm sistemini aktivləşdirir, bağırsaq hərəkətlərini sürətləndirir və qəbizlik riskini azalda bilər. Təhlil.az xəbər verir ki, bu vərdiş toksinlərin orqanizmdən xaric olunmasını asanlaşdırır, maddələr mübadiləsini yüngül şəkildə sürətləndirir və gün ərzində enerji sərfiyyatını daha səmərəli edir. Eyni zamanda, kifayət qədər su qəbulu qan dövranını yaxşılaşdıraraq dərinin daha sağlam görünməsinə kömək edə bilər. Qeyd olunur ki, su nə çox isti, nə də çox soyuq olmalı – ilıq olmalıdır. Xroniki mədə-bağırsaq problemi olanlara bu vərdişi tətbiq etməzdən əvvəl ehtiyatlı olmaq tövsiyə olunur.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?