Bu gün
İki miqrant məhkum Almaniyadan deportasiya edilib

Almaniya Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ilk dəfə məhkum edilmiş bir Suriya vətəndaşını ölkədən deportasiya edib.
Təhlil.az xəbər verir ki, Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, şəxs 23 dekabrda Dəməşqdə yerli hakimiyyətə təhvil verilib. O, Almaniyada ağırlaşdırıcı hallarla hücum, soyğunçuluq və hədə-qorxu ilə pul tələb etmə cinayətlərinə görə cəza çəkirdi.
Bundan başqa, məhkum olunmuş bir Əfqanıstan vətəndaşı da deportasiya edilib. Nazirlik bildirib ki, Suriya hakimiyyəti və Əfqanıstanda Talibanla aparılan danışıqlar nəticəsində təhlükə yaradan şəxslərin deportasiyası davamlı xarakter alacaq.
Bu gün
Bu gün