Bu gün

Rusiya taxılını daşıyan qatar Azərbaycan ərazisindən Ermənistana göndərilir

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiya taxılını daşıyan vaqonlar Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından yola düşüb və Azərbaycan ərazisindən Ermənistana göndərilib.

Təhlil.az xəbər verir ki, bu barədə Privoljskaya Dəmir Yolunun mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, səkkiz taxıl vaqonundan ibarət ilk partiya Yerevan stansiyasına gedir.

Bu ilin sonuna qədər bu marşrutla ümumilikdə iki min tondan çox taxıl daşıyan 30 taxıl vaqonunun göndərilməsi planlaşdırılır. Məlumatda bildirilib ki, yeni logistika xidmətinin yaradılması Azərbaycan ərazisindən Ermənistana tranzit yük daşımalarının bərpası qərarı ilə mümkün olub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?