Bu gün
Çin şimalda 100-dən çox qitələrarası ballistik raket yerləşdirib

Çinin Xalq Azadlıq Ordusu ölkənin şimalında 100-dən çox qitələrarası ballistik raketi (QBR) əlavə olaraq yerləşdirib. Təhlil.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Pentaqonunun hesabat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət şaxta tipli, bərk yanacaqla işləyən DF-31 (“Donfən-31”) raketlərindən gedir. Raketlər Daxili Monqolustan Muxtar Rayonunda yerləşən mövqelərdə dislokasiya olunub.
Bu gün