Bu gün

Netanyahu İrana xəbərdarlıq edib: məsələ Trampla müzakirə olunacaq

İsrailin Baş naziri Benyamin Netanyahu İrana açıq xəbərdarlıq edib.

Təhlil.az xəbər verir ki, Netanyahu Qüdsdə Yunanıstan və Kipr liderləri ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, İsrail İranın son hərbi təlimləri və nüvə fəaliyyəti barədə məlumatlıdır.

Onun sözlərinə görə, Tehranın nüvə proqramı yaxın zamanda ABŞ Prezidenti Donald Tramp ilə müzakirə olunacaq.

“Biz vəziyyəti diqqətlə izləyirik və bütün zəruri hazırlıq işlərini aparırıq. İrana açıq şəkildə çatdırmaq istəyirəm ki, İsrailə qarşı istənilən hərəkət son dərəcə sərt cavabla qarşılanacaq”, – deyə Netanyahu vurğulayıb.

İsrail Baş naziri regional təhlükəsizlik məsələlərinin tərəfdaş ölkələrlə koordinasiya şəraitində gündəmdə saxlanıldığını da qeyd edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?