Bu gün

Zelenski: "ABŞ-də aparılan danışıqlarla bağlı sabah tam hesabat təqdim ediləcək"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də aparılan danışıqlarla bağlı sabah səhər ictimaiyyətə tam hesabat təqdim olunacağını açıqlayıb.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, hesabatda təhlükəsizlik zəmanətləri, eləcə də Ukrayna–ABŞ arasında müzakirə olunan 20 bəndlik əsas sənəd əksini tapacaq.

Zelenski eyni zamanda müharibə şəraitini nəzərə alaraq bayram və əlamətdar tarixlərin təqviminin yenidən nəzərdən keçiriləcəyini də bildirib.

ABŞ-də aparılan danışıqların nəticələrinin Ukraynanın gələcək təhlükəsizlik və siyasi gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?