Bu gün
İstanbul–İrəvan aviareyslərinin sayı artırılır

Türkiyə ilə Ermənistan arasında hava əlaqələrinin genişləndirilməsi istiqamətində yeni qərar qəbul olunub.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Türk Hava Yolları (THY) 2026-cı il martın 11-dən etibarən İstanbul–İrəvan aviareysini müntəzəm əsasda həyata keçirməyə başlayacaq.
Serdar Kılıç bu addımı Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan növbəti mühüm mərhələ kimi dəyərləndirib.
Bu gün