Bu gün

“ChatGPT”də yeni funksiya istifadəyə verilib

OpenAI şirkəti ChatGPT tətbiqində danışıq üslubunun fərdiləşdirilməsi imkanını təqdim edib.

Təhlil.az xəbər verir ki, yeniliyə əsasən, tətbiqin fərdiləşdirmə bölməsində istifadəçilər süni intellektin cavab üslubunu dörd əsas parametr üzrə tənzimləyə bilərlər. Bu parametrlər aşağıdakılardır:

səmimiyyət (istilik) səviyyəsi,

həyəcan və entuziazm dərəcəsi,

siyahı və altbaşlıqlardan istifadə meyli,

emojilərdən istifadə səviyyəsi.

Hər bir parametr ayrıca olaraq “daha çox”, “daha az” və ya “standart” seçimləri ilə tənzimlənə bilir.

Bildirilib ki, bu funksiya ChatGPT-nin istifadəçilərə daha uyğun, fərdi üslubda cavablar verməsinə imkan yaradır və ümumi istifadə təcrübəsini daha çevik edir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?