23 dekabr

Qızılın qiyməti yeni rekord səviyyəyə çatdı

Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex" birjasında 2025-ci ilin fevral ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çatıb.

Təhlil.az xəbər verir ki, bu barədə ticarət platformasından bildiriblər.

Məlumata əsasən, qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4500 dollardan yuxarı qalxıb.

Saat 04:13-ə olan məlumata əsasən, qızılın qiyməti troy unsiyası üçün 4500,2 dollar (+2,57%) təşkil edib. Saat 04:31 üçün qızılın qiyməti artımını sürətləndirib və troy unsiyası üçün 4504,1 dollar (+2,66%) səviyyəsində satılıb.

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?