Bu gün
Aİ Ukraynaya 2,3 milyard avro məbləğində növbəti tranşı ayırıb

Avropa Komissiyası Ukraynaya 2,3 milyard avro maliyyə dəstəyi göstərib. Təhlil.az xəbər verir ki, bu, Ukrayna Dəstək Mexanizmi çərçivəsində altıncı müntəzəm ödənişdir.
Vəsait dövlət büdcəsinin sabitləşdirilməsi və Aİ-yə üzvlük üçün zəruri islahatların dəstəklənməsinə yönəlib.
Qeyd olunur ki, 2024-cü ilin martından bu günədək Aİ Ukraynaya ümumilikdə 26,8 milyard avro ayırıb.
Bu gün