Bu gün

Metronun “İçərişəhər” stansiyasında dönmə tunelinin inşasına start verilib

Xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” stansiyasında dönmə tunelinin (dönmə kamerası) inşasına start verilib.

Təhlil.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu obyekt qatarların daha sürətli geri dönüşünü, minimal intervalı və pik saatlarda ehtiyat qatarın hazır vəziyyətdə saxlanılmasını təmin edəcək. Həmçinin sərnişinlərin minib-düşmə sahələri bir-birindən tam ayrılaraq “Həzi Aslanov” istiqamətinə minik yeni platformadan həyata keçiriləcək.

Ərazidə piyada zonası, yaşıllıq və 200+ yerlik yeraltı parkinqin yaradılması da planlaşdırılır.

Tikinti zamanı stansiyanın fəaliyyəti dəyişməyəcək.

Dönmə kamerası sərnişin girişinə xidmət etməyəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?