Bu gün
Güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

17-18 və 21 dekabrda Tac Dəliklərinin geoeffektiv olması nəticəsində geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinə - zəif qasırğayadək yüksəlib.
Təhlil.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Tac Dəliklərinin geoeffektiv olması səbəbilə 22-24 dekabr tarixlərində G1-G2 səviyyəli, yəni zəif və orta güclü geomaqnit qasırğası gözlənilir.