Bu gün

Qayana ərzaq təhlükəsizliyini tam təmin edən nadir ölkələrdən biridir

Dünyada yüz milyonlarla insan qida çatışmazlığı ilə üzləşdiyi bir vaxtda Cənubi Amerikada yerləşən kiçik bir ölkə özünü bütün əsas ərzaq məhsulları ilə təmin etməyi bacarıb.

Təhlil.az xəbər verir ki, söhbət Qayanadan gedir.

Ölkə Venesuela, Braziliya və Surinam arasında yerləşir.

Əhalisi təxminən 830 min nəfər olan Qayananın ərazisinin 85 faizini keçilməz tropik meşələr təşkil edir. Bu səbəbdən ölkə əhalisinin böyük hissəsi dar sahil zolağı boyunca sıx şəkildə məskunlaşıb.

Mütəxəssislərin fikrincə, Qayananın kənd təsərrüfatı potensialından səmərəli istifadə etməsi və daxili istehsala üstünlük verməsi ölkənin ərzaq təhlükəsizliyini təmin etməsində əsas rol oynayır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?