Bu gün
Tramp administrasiyası 30-a yaxın diplomatik nümayəndəliyin rəhbərini geri çağırır

ABŞ Prezidenti Donald Tramp administrasiyası xaricdə fəaliyyət göstərən təxminən 30 diplomatik nümayəndəliyin rəhbərinin geri çağırılması barədə qərar verib.
Təhlil.az xəbər verir ki, bu barədə "Associated Press" ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, geri çağırılan diplomatların əksəriyyəti ABŞ-nin keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə təyin olunublar.
Məlumata görə, qərar Tramp administrasiyasının xarici siyasət kursuna uyğun olaraq diplomatik kadrların yenidən formalaşdırılması çərçivəsində həyata keçirilir.
ABŞ Dövlət Departamenti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.