20 dekabr

ABŞ Qəzzanın bərpası üçün 112 milyard dollarlıq layihə hazırlayıb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza sektorunun bərpası ilə bağlı təklif hazırlayıblar. Təhlil.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, “Project Sunrise” (“Şəfəq Layihəsi”) adlanan təşəbbüs Qəzzanın bombalanmış anklavdan müasir və inkişaf etmiş şəhərə çevrilməsini hədəfləyir. Layihənin icrası 10 il çəkəcək və 112,1 milyard dollar vəsait tələb edəcək. Planda Qəzzanın bərpasını hansı ölkə və şirkətlərin maliyyələşdirəcəyi, eləcə də yenidənqurma dövründə 2 milyon fələstinlinin harada yaşayacağı konkret göstərilmir. WSJ qeyd edir ki, Vaşinqton layihədə əsas oyunçu olmağa hazırdır: 60 milyard dollar həcmində qrantların ayrılması, bütün işlərin icrası üçün kreditlərə zəmanət verilməsi planlaşdırılır. Nəzərdə tutulur ki, 10 ildən sonra Qəzza bərpa prosesinin növbəti mərhələlərini öz hesabına maliyyələşdirə və sonda kreditlərin ödənilməsinə başlaya biləcək. Məlumata görə, təklif artıq potensial donorlar, o cümlədən Fars körfəzi ölkələri, Türkiyə və Misirə təqdim olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?