20 dekabr
Belçikada muzeydən Napoleona məxsus üzük oğurlandı

Belçikanın Jenap kommunasında yerləşən Son Qərargah Muzeyində Napoleon Bonaparta məxsus üzük naməlum şəxslər tərəfindən oğurlanıb.
Təhlil.az xəbər verir ki, bu barədə “RTBF” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib.
Oğurlanan eksponatlar arasında Napoleona birbaşa məxsus olduğu bildirilən almaz qaşlı qızıl üzük, Napoleon dövrünə aid qızıl və gümüş sikkələr yer alıb.
Faktla bağlı araşdırma başlanıb.
Bu gün
Dünən