20 dekabr

ABŞ Suriyada 70-dən çox İŞİD mövqeyinə zərbələr endirib

ABŞ və İordaniya Hərbi Hava Qüvvələri Suriyada İŞİD-ə qarşı keçirilən hərbi əməliyyatlar çərçivəsində 70-dən çox hədəfə aviazərbələr endiriblər.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump əməliyyatların bir neçə gün əvvəl Suriyada iki amerikalı hərbçinin öldürülməsinə cavab olaraq həyata keçirildiyini bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?