20 dekabr

Honq-Konqdakı yanğında ölənlərin sayı 161-ə çatıb

Noyabrın 26-da Honq-Konqda baş verən güclü yanğın nəticəsində ölənlərin təsdiqlənmiş sayı aşkar edilən qalıqlar üzərində aparılan DNT testlərindən sonra 161-ə yüksəlib. Təhlil.az xəbər verir ki, bu barədə polis komissarı Co Çou bildirib.

"Məhkəmə-tibbi ekspertiza yanmış qalıqlar arasında daha bir şəxsin DNT-sini aşkar edib. Bu o deməkdir ki, ölənlərin sayı 161-ə çatıb. DNT testləri davam edir. Biz ölənlərin sayının artacağını istisna etmirik", - Co Çou deyib.

Qeyd edək ki, noyabrın 26-da Honq-Konqun Tay Po rayonunda yerləşən 8 hündürmərtəbəli yaşayış binasından ibarət Wang Fuk Court kompleksində yanğın baş verib. Yanğının söndürülməsi noyabrın 28-nə qədər davam edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?