20 dekabr

ABŞ çinli tədqiqatçını qaçaqmalçılıqda ittiham etdi

ABŞ çinli tədqiqatçını bağırsaq çöpü qaçaqmalçılığında ittiham edib. 
Təhlil.az xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel "X" sosial şəbəkəsində paylaşım edib.
Çindən J-1 vizası ilə gəlmiş elmi əməkdaş Yuxuan Syan ABŞ-yə bağırsaq çöplərini (E.Coli) qaçaqmalçılıq yolu ilə gətirməkdə və bu barədə yalan məlumat verməkdə ittiham olunub.
Onun sözlərinə görə, tədqiqatçı Amerika qanunlarını pozaraq Çindən göndərilən bağlamada gizlədilmiş bioloji materialları əldə etməyə çalışıb.

Patel qeyd edib ki, bağırsaq çöpləri ABŞ-də məhsullara ciddi zərər vura və ölkə iqtisadiyyatına böyük maliyyə itkiləri gətirə bilər. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?