Bu gün

Putin: Rusiya Ukraynanın sülh danışıqları aparmağa hazır olduğuna dair siqnallarını görür

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynadan münaqişənin bitməsi ilə bağlı dialoq aparmağa hazır olduğuna dair müəyyən siqnallar alır. Təhlil.az xəbər verir ki, Putin bu barədə mətbuat konfransında danışıb.

Bununla yanaşı, o, Ukraynanın hələlik Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır olmadığını da qeyd edib:

“Biz hələ ki onların hazır olduğunu görmürük. Lakin hər halda onların dialoqa hazır olduqları barədə müəyyən siqnallarını hiss edirik”.

Vladimir Putin vurğulayıb ki, Rusiya 2024-cü ilin yayında bəyan edilmiş prinsiplər əsasında müharibəni bitirməyə hazırdır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?