Bu gün

Gürcü spiker Kallası Qızıl ordu ilə müqayisə edib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı açıqlamasına sərt reaksiya verib. Təhlil.az xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, “Kaya Kallasın söylədikləri Gürcüstanın suverenliyinin sözlə ləğvidir”. O bildirib ki, Qızıl ordunun süngülərlə etdiyini indi Kallas sözlərlə etməyə çalışır.

“Kallas gürcü xalqının kim olmasını özü seçir. Onun üçün gürcü xalqı özünün maliyyələşdirdiyi agenturadır və həmin xəyali gürcü xalqının adından bizim dövlətçiliyimizi ləğv etməyə çalışır”, – deyə spiker vurğulayıb.

Papuaşvili qeyd edib ki, Kallas bundan əvvəl də reallıqdan uzaq bəyanatlar səsləndirib: "Təəssüflər olsun ki, bu, bir daha Aİ-nin xarici siyasətinin Avropanın üzləşdiyi çağırışlar fonunda yetkin olmadığını nümayiş etdirir”.

Qeyd edək ki, Kaya Kallas ötən gün Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəklədiyini bildirib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?