Bu gün

Aİ Ukraynaya kömək üçün Rusiya aktivlərindən istifadə müzakirəsini təxirə salıb

Avropa İttifaqı Ukraynaya kömək üçün istifadə edilməsi planlaşdırılan dondurulmuş Rusiya aktivləri ilə bağlı qərarı təxirə salıb.

Təhlil.az xəbər verir ki, Brüssel sammitində liderlər Aİ-nin uzunmüddətli büdcəsinin müzakirəsinə diqqət yetiriblər. Rusiya aktivləri məsələsi Avropa Komissiyası ilə Belçika arasında ayrıca, qapalı qapılar arxasında müzakirə olunur, çünki bu vəsaitlərin əksəriyyəti “Euroclear” depozitarında saxlanılır. Belçika Rusiyadan mümkün iddialar da daxil olmaqla, hüquqi və maliyyə riskləri ilə bağlı narahatlıqlarını bildirib, buna görə də dövlət başçısı səviyyəsində müzakirə təxirə salınıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?