19 dekabr

Ermənistan XİN rəhbərinin müavini ABŞ-də danışıqlar aparacaq

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan dekabrın 19-da ABŞ-yə səfər edəcək.

Təhlil.az xəbər verir ki, səfər çərçivəsində o, Vaşinqtonda ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker ilə görüşəcək.

Məlumata görə, danışıqlarda ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun nümayəndəsi Brendan P. Hanrahan da iştirak edəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?