Bu gün

Maduro amerikalıları müharibəyə qarşı çıxmağa çağırıb

Venesuela Prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarını Cənubi Amerikada mümkün müharibəyə və Venesuelada rejim dəyişikliyi planlarına qarşı çıxmağa çağırıb.

Təhlil.az xəbər verir ki, bu barədə Venesuela liderinin çıxışı ölkənin dövlət televiziyası “Venezolana de Televisión” tərəfindən yayımlanıb.

Maduro bildirib ki, ABŞ xalqı hərbi planlara açıq şəkildə etiraz etməlidir.

“ABŞ xalqı güclü səsini ucaltmalı və hərbi planlara "yox", Cənubi Amerikada müharibəyə "yox", Venesuelada rejim dəyişikliyinə ‘yox’, neft uğrunda qan tökülməsinə ‘yox’ deməlidir”, – deyə o vurğulayıb.

Venesuela prezidenti ABŞ administrasiyasını ölkəsində mövcud siyasi sistemi dəyişmək cəhdində ittiham edib.

Onun sözlərinə görə, Vaşinqton Venesuelanın demokratik respublikaçı idarəetmə modelini müstəmləkə rejimi ilə əvəz etməyə çalışır.

“Bu baş verməyəcək, çünki bu gün müstəmləkəçilik dövrü deyil”, – deyə, Maduro qeyd edib.

O, həmçinin dövlətlərin və xalqların suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, Venesuela xalqı ölkəni idarə etdikcə sülhə və ədalətə əsaslanan gələcəyə inam qorunacaq.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?