19 dekabr

ABŞ “green card”la ölkəyə gəlişi dayandırır

“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır.

Təhlil.az xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bildirib.

“Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, – deyə o, "X" sosial şəbəkə səhifəsində qeyd edib. 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?