Bu gün

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı 3,6 dəfə artıb

Rusiya bazarında təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı 2021-ci ildən bəri 3,6 dəfə artıb. Təhlil.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi “Rusprofile” analitiklərinə istinadən məlumat yayıb.

Analitiklərin hesablamalarına görə, 2021-ci ilin dekabrından bəri Rusiya bazarında təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı 292-dən 1037-yə yüksəlib. Sahibkarlar bu dövrdə 383 yeni təşkilat yaradıb və təxminən 500 mövcud Rusiya şirkətinə qoşulub.

Hazırda Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlər xarici iştiraklı bütün təşkilatların 1,6%-ni təşkil edir. 2021-ci ilin sonunda bu göstərici 0,7% idi.

Bu göstəricilər Azərbaycan vətəndaşlarının Rusiya iqtisadiyyatında aktiv iştirakının artdığını göstərir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?