Bu gün

Milli Məclisin Daxili Nizamnaməsində müddət və iclasla bağlı dəyişiklik edilib

Milli Məclisin Daxili Nizamnaməsində müddət və iclasla bağlı dəyişiklik edilib.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, maddədə nəzərdə tutulan müddət dəqiqləşdirilib və “il” sözündən sonra “martın 31-dək” ifadəsi əlavə olunub. Bununla yanaşı, sənəddə yer alan “sessiyasının beşinci iclasında” sözləri “sessiyasında” sözü ilə əvəz edilib.

Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, dəyişiklik 1996-cı il 17 may tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə edilib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?