Bu gün

Netanyahu Misirə 34,6 milyard dollarlıq qaz sazişini təsdiqlədi

İsrailin Baş naziri Benyamin Netanyahu Misirə təbii qaz tədarükünü nəzərdə tutan rekord həcmli sazişi təsdiqləyib.

Təhlil.az xəbər verir ki,  112 milyard şekel (təxminən 34,6 milyard ABŞ dolları) dəyərində olan bu razılaşma İsrailin qaz sektorunda indiyədək imzaladığı ən iri müqavilə hesab olunur.

Netanyahu energetika naziri Eli Koenlə birgə televiziya müraciətində bildirib ki, saziş İsrail iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, razılaşma çərçivəsində 58 milyard şekel (təxminən 17,9 milyard dollar) birbaşa dövlət büdcəsinə daxil olacaq.

Baş nazir qeyd edib ki, müqavilə İsrailin enerji sektorunda mövqelərini gücləndirməklə yanaşı, regional enerji əməkdaşlığının genişlənməsinə də töhfə verəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?