18 dekabr

Tailand–Kamboca sərhədində döyüşlər: həlak olan Tailand hərbçilərinin sayı 21-ə çatdı

Tailand–Kamboca sərhədində baş verən silahlı qarşıdurmada Tailand hərbçiləri arasında ölənlərin sayı artıb.

Təhlil.az xəbər verir ki, Tailand Krallığının Quru Qüvvələrinin yaydığı məlumata görə, sərhəd münaqişəsində həlak olan Tailand hərbçilərinin sayı 19-dan 21 nəfərə yüksəlib.

Bildirilib ki, 17 dekabr tarixində Sisaket və Sakeu əyalətləri istiqamətində gedən döyüşlər zamanı daha iki hərbi qulluqçu həyatını itirib.

Qeyd olunub ki, atıcı silahlardan istifadə ilə toqquşmalar 7 dekabrda başlayıb. Dekabrın 8-də isə Tailand Ordusu Kamboca qoşunlarının sərhəd bölgəsində yerləşən mövqeləri artilleriya atəşinə tutduğunu açıqlayıb. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastruktur obyektlərinə zərbələr endirib.

Kamboca tərəfi hərbi itkilərlə bağlı rəsmi məlumat yaymayıb. Lakin Tailand ordusunun iddiasına görə, qarşıdurmalar nəticəsində Kambocanın 200-dən çox hərbçisi həlak olub. Kambocanın informasiya naziri Net Pheaktra isə döyüşlər zamanı 15 mülki şəxsin öldüyünü bildirib.

Hazırda sərhəd bölgəsində vəziyyət gərgin olaraq qalır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?