Bu gün

ABŞ Konqresi 2026-cı il üçün 901 milyard dollarlıq hərbi büdcəni təsdiqlədi

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün ölkənin hərbi büdcəsini rekord məbləğdə təsdiqləyib.

Təhlil.az xəbər verir ki, ABŞ-nin hərbi xərcləri 901 milyard dollar həcmində müəyyən edilib.

Qanun layihəsi Senatda səsverməyə çıxarılıb və müzakirələr C-SPAN telekanalı tərəfindən canlı yayımlanıb.

Səsvermə zamanı 77 senator sənədin lehinə, 20 senator isə əleyhinə səs verib.

Beləliklə, 2026-cı il üçün təsdiqlənən hərbi büdcə ABŞ tarixində ən yüksək göstəricilərdən biri kimi qeydə alınıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?