Bu gün
Ağdamda kənd sakini minaya düşüb, traktor yanıb

Ağdam rayonunda mina partlayışı ilə bağlı baş verən hadisə ilə əlaqədar ərazi nəzarətə götürülüb.
Təhlil.az xəbər verir ki, hadisə Ağdam rayonunun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, Məmmədov Məlik Qədir oğlu sahədə traktorla soğan səpərkən minaya düşüb.
Partlayış nəticəsində traktor yanıb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunub, giriş-çıxış məhdudlaşdırılıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Hazırda ANAMA-nın əməkdaşları hadisə yerində baxış keçirir, ərazi minalardan təmizlənmə baxımından yoxlanılır.
Faktla bağlı araşdırma aparılır.