Aİ Şurası: Gürcüstanın Aİ-yə üzvlük prosesi çıxılmaz vəziyyətə düşüb

Aİ Şurası bəyan edib ki, hakimiyyət orqanları Avropa inteqrasiyasına qəti sadiqlik nümayiş etdirənə qədər Gürcüstanın Birliyə inteqrasiya prosesi dayandırılıb.
Demokratiya, insan hüquqları və qanunun aliliyində ciddi geriləmə qeydə alınıb: Repressiv qanunlar, məhkəmələrin siyasi məqsədlər üçün istifadəsi, müxalifətçi və jurnalistlərin təqibi, vətəndaş məkanının daralması və dezinformasiyanın yayılması halları müşahidə olunur.
Təhlil.az xəbər verir ki, Aİ Gürcüstanı saxlanılanları azad etməyə, repressiv qanunları ləğv etməyə, demokratik islahatlar həyata keçirməyə və Aİ-yə qarşı aqressiv ritorikanı dayandırmağa çağırır.
Viza rejiminin liberallaşdırılması və xarici siyasətin Aİ-nin mövqeyi ilə uyğunlaşdırılması, o cümlədən Rusiya və Belarusa qarşı sanksiyalar da tələb olunur.
Aİ Şurası Gürcüstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.