Bu gün

Polşanın Baş naziri: Prezident mənim zənglərimə həftələrdir cavab vermir

Polşanın Baş naziri Donald Tusk bildirib ki, ölkə prezidenti Karol Navrotski artıq bir neçə həftədir onun telefon zənglərinə cavab vermir. Tuskun sözlərinə görə, əvvəlcə vəziyyət normal görünürdü — prezident SMS və telefon əlaqəsini saxlayırdı ki, bu da konstitusiya üzrə onun öhdəliyidir.

Təhlil.az-ın məlumatına görə, baş nazir iddia edir ki, Navrotski və onun komandası hökumətlə münasibətləri gərginləşdirir və kabinetin səlahiyyətlərinə müdaxilə etməyə çalışır. Bundan sonra Tusk prezident administrasiyasına zəng cəhdlərini dayandırdığını açıqlayıb.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?