Bu gün

Rusiya Orta Asiya və Azərbaycan arasında məsləhətləşmə görüşlərində iştirak etmək istəyir

Biz "Mərkəzi Asiya Beşliyi" formatının inkişafını böyük maraqla izləyirik. Azərbaycanın regionun dövlət başçılarının məsləhətləşmə görüşlərinə qoşulmaq qərarını qeyd edirik.

Təhlil.az xəbər verir ki, bunu Rusiyanın Tacikistandakı səfirliyinin birinci katibi Aleksey Zenko deyib.

“Rusiyanın Orta Asiya regionuna coğrafi və tarixi yaxınlığı, eləcə də inkişaf etmiş iqtisadi və nəqliyyat əlaqələri nəzərə alınmaqla, Rusiyanın bu formata daxil edilməsi ehtimalını nəzərdən keçirməyin məntiqli olduğunu düşünürük. Bu, region ölkələrinin müstəqilliyini qoruyarkən koordinasiyanı gücləndirməyə, inteqrasiyanı təşviq etməyə və daha inklüziv təhlükəsizlik arxitekturası yaratmağa kömək edərdi", - Zenko qeyd edib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?