Bu gün
ARKA tərəfindən 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən ölkədə kino sənayesinin dəstəklənməsi məqsədilə ayrılan maliyyə vəsaitlərinin istehsalçı şirkətlərə şəffaf və ədalətli ötürülməsi üçün 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Təhlil.az xəbər verir ki, bu barədə agentliyin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli bildirib.
Onun sözlərinə görə, onların sırasına post-prodakşn mərhələsində olan layihələrə dəstək, dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri, dövlət sifarişi ilə istehsal ediləcək film layihələri və müştərək istehsal olan layihələrə dəstək müsabiqələri daxildir.