Bu gün
Yanukoviç barəsində hökm qüvvəyə minib

Məhkəmə qərarına əsasən, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç dövlət sərhədindən şəxslərin qanunsuz keçirilməsinin təşkili və fərariliyə təhrik etmə ittihamları ilə 15 ilmüddətinə azadlıqdan məhrum edilib. Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.
Yanukoviç Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi, 27-ci maddəsinin 4-cü hissəsi və 408-ci maddəsinin 2-ci hissəsi üzrə təqsirli bilinib.