Bu gün

Finlandiyanın Baş naziri: Ukraynada müharibə başa çatdıqdan sonra belə Rusiya təhlükə olaraq qalacaq

Finlandiyanın Baş naziri Petteri Orpo bildiribki, Ukraynada müharibə başa çatdıqdan sonra belə Rusiya təhlükə olaraq qalacaq. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, sülh bərqərar olduqdan sonra Rusiya silahlı qüvvələrini Finlandiya və Baltik dənizi sərhədlərinə yaxın ərazilərə yerləşdirəcək.

“Biz bilirik ki, Ukraynada sülh yarananda da Rusiya təhlükə olaraq qalacaq. Aydındır ki, onlar silahlı qüvvələrini bizim sərhədimizə və Baltik dənizi istiqamətinə yönəldəcəklər. Bizə maliyyə dəstəyi lazımdır”, — deyə Orpo “Financial Times” nəşrinə müsahibəsində bildirib. Baş nazir qeyd edib ki, NATO-nun “şərq cinahı” ölkələri təkcə hərbi layihələr üçün ayrılmış və hələ istifadə olunmayan 1,5 milyard avro ilə deyil, həm də Avropa İttifaqının növbəti büdcə dövrü üçün müdafiə məqsədilə nəzərdə tutulan təxminən 130 milyard avroluq vəsaitin əhəmiyyətli hissəsi ilə maraqlanır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?