Arktikada havanın temperaturu rekord səviyyəyə yüksəlib

2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək olan dövrdə Arktikada havanın temperaturu 1900-cü ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Təhlil.az xəbər verir ki, bu barədə yayımlanan hesabatda bildirilib.
Məlumata əsasən, hava və su temperaturunun artması nəticəsində buzlaqların ərimə prosesi sürətlənib, Arktikanın təbii landşaftında ciddi dəyişikliklər baş verib.
Hesabata görə, buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da sunami və daşqın risklərini artırır.
Eyni zamanda, buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularının çirklənməsinə yol açır.
Sənəddə vurğulanır ki, son on il müşahidələr tarixində Arktika üçün ən isti dövr kimi qiymətləndirilir və iqlim dəyişikliklərinin təsiri bölgədə getdikcə daha qabarıq hiss olunur.