ABŞ yeddi ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edib

ABŞ Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarının ölkəyə girişinə tam qadağa qoyub.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ağ Evin rəsmi saytında yerləşdirilən fərmanında qeyd olunub.
Sənədə əsasən, həmçinin 15 ölkənin — Anqola, Antiqua və Barbuda, Benin, Kot-d’İvuar, Dominikan Respublikası, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve vətəndaşlarına ABŞ vizalarının verilməsinə qismən məhdudiyyətlər tətbiq edilir.
Fərmanda bildirilir ki, ABŞ Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan qadağanı ləğv edib. Bununla belə, Türkmənistan vətəndaşlarının immiqrant kimi ABŞ-yə girişinə qoyulan məhdudiyyət qüvvədə saxlanılıb.