Bu gün

Yuxusuzluğun gizli səbəbi mədədə imiş - AÇIQLAMA

Gecələr yataqda o tərəf–bu tərəfə çevrilir, yuxuya gedə bilmirsiniz? Məlum olub ki, problemin kökü təkcə stressdə və ya telefona baxmaqda deyil. Həkimlərin yeni açıqlamaları yuxusuzluğun bağırsaqlardakı bakteriyalarla birbaşa əlaqəli ola biləcəyini göstərir.

Təhlil.az xəbər verir ki, London Universitet Kolleci Xəstəxanasının somnoloqu Sara Maknillisin sözlərinə görə, bağırsaq mikrobiomu ilə yuxunun keyfiyyəti arasında güclü əlaqə mövcuddur.

Bağırsaqlardakı faydalı bakteriyaların tərkibi dəyişdikdə yuxu pozula bilər. Maraqlısı odur ki, bu proses ikitərəflidir: uzunmüddətli yuxusuzluq da faydalı bakteriyalara zərbə vurur.

Bu fikri Çin alimlərinin genişmiqyaslı araşdırması da təsdiqləyib. Təxminən 387 min nəfərin iştirakı ilə aparılan tədqiqat göstərib ki, yuxu problemi yaşayan insanlarda yeddi növ faydalı bağırsaq bakteriyası xeyli azdır. Xüsusilə laktobakteriyaların azalması diqqət çəkib.

Mütəxəssislərin izahına görə, bu bakteriyalar qida liflərini parçalayaraq maddələr mübadiləsində və bağırsaq–beyin əlaqəsində mühüm rol oynayan maddələr istehsal edir. Yuxu çatışmazlığı isə zərərli bakteriyaların artmasına şərait yaradır və problemi daha da dərinləşdirir.

Həkimlər vurğulayır ki, yuxusuzluğun müalicəsində yalnız rejimə əməl etmək kifayət deyil. Düzgün qidalanma və bağırsaq sağlamlığı da yaxşı yuxu qədər vacib amillər sırasındadır.

Qısası, rahat yuxunun yolu bəzən yorğandan yox, boşqabdan keçir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?