Bu gün

ABŞ–Ukrayna nümayəndə heyətlərinin növbəti görüşü Mayamidə keçiriləcək

Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə həllinin müzakirəsi məqsədilə Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenidən Mayami şəhərində təşkil olunacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib. Prezident danışıqlarda şəxsən iştirak etməyəcəyini açıqlayıb.

“ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Düşünürəm ki, bu, yaxın günlərdə — bəlkə həftəsonu, bəlkə də bir qədər sonra baş tutacaq”, — deyə Zelenski bildirib.

Onun sözlərinə görə, görüşdə təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası, eləcə də çərçivə sazişinin 20 bəndi ətrafında müzakirələr aparılacaq.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?