Bu gün

Kobaxidze: "Azərbaycan Gürcüstanın xüsusi dostudur"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla münasibətlərin xüsusi dostluq xarakteri daşıdığını bildirib.

Təhlil.az xəbər verir ki, Baş nazir bu barədə İctimai Televiziyaya verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox səmimi və konstruktiv görüşü olub.

“Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlər arasında müstəsna dostluq münasibətləri qurulub. Buna görə də istənilən məsələdə ortaq məxrəcə gəlmək bizim üçün çətin olmayacaq”, – deyə İrakli Kobaxidze vurğulayıb.

O qeyd edib ki, iki ölkə arasında siyasi dialoq və əməkdaşlıq yüksək səviyyədə davam edir və bu münasibətlər regionda sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?