Bu gün

Uçuş zamanı tüstü aşkarlandı: Almatı–Astana reysi yarımçıq qaldı

Bu gün səhər Almatıdan Astanaya müntəzəm marşrut üzrə hərəkət edən “Air Astana”ya məxsus “Airbus A321N” təyyarəsinin salonunda tüstülənmə olub.

Təhlil.az xəbər verir ki, bu barədə Qazaxıstan Mülki Aviasiya Komitəsi məlumat yayıb. Bildirilib ki, Astana vaxtı ilə saat 07:38-də təyyarə salonunda tüstü aşkar edildikdən sonra heyət təcili yardım siqnalı verib.

Təyyarə səhər saat 07:40-da Almatıya təhlükəsiz şəkildə eniş edib.

Sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Eniş zamanı təhlükəsizliyi təmin etmək üçün hava limanına yanğınsöndürmə və xilasetmə xidmətləri cəlb edilib.

Nəqliyyat Hadisələri və Qəzalarının Araşdırılması Departamenti hazırda hadisənin ətraflı şərtlərini müəyyən etmək üzərində işləyir

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?