Bu gün

Britaniyadan Ukraynaya 685 milyon avroluq hərbi yardım

Böyük Britaniya “Ramştayn” formatında keçirilən görüş çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sahəsində 685 milyon avro məbləğində yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.

Təhlil.az xəbər verir ki, yardım paketinə hava hücumundan müdafiə sistemləri, raketlər, eləcə də pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək üçün avtomatlaşdırılmış turellər daxildir.

Britaniyanın müdafiə naziri Con Gili bildirib ki, bu vəsait Ukraynanın şəhərlərinin, kəndlərinin və enerji infrastrukturunun Rusiyanın hücumlarından qorunması baxımından kritik əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, London tərəfdaşları ilə birlikdə Ukraynanın mümkün sülh danışıqlarına daha güclü mövqedə daxil olması üçün hərbi və siyasi dəstəyi davam etdirəcək.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?