Bu gün

Ryabkov: Ukrayna münaqişəsi sona yaxınlaşır

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “ABC News”a müsahibəsində Ukrayna münaqişəsinin sona yaxınlaşdığını bildirib. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya sövdələşməyə hazırdır və razılaşmanın tezliklə əldə olunacağına ümid edir.

Ryabkov vurğulayıb ki, “xüsusi hərbi əməliyyat” Kiyevin müttəfiqləri Moskvanın qələbəsinin qaçılmazlığını dərk etdikdə başa çatacaq:

“Münaqişə nə qədər uzun sürərsə, onun həlli bir o qədər çətinləşəcək.”

Nazir müavini Rusiyanın Donbas, Novorossiya və xüsusilə Krım məsələsində heç bir güzəştə getməyəcəyini qeyd edib. O, həmçinin Moskvanın ABŞ ilə Ankoric sammitində əldə olunmuş anlaşmalara ciddi əməl etdiyini bildirib:

“ABŞ Rusiyanın hansı güzəştlərə hazır olduğunu və nədən imtina edə bilməyəcəyini bilir. Putin bunu amerikalı tərəfdaşlara dəfələrlə izah edib.”

Ryabkov Rusiyanın NATO-nun Ukrayna ərazisində hərbi mövcudluğuna razı olmayacağını da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Moskva NATO-dan və alyansın aparıcı ölkələrinin paytaxtlarından gələn bəyanatlara etibar etmir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?